Çıxdıım ağac dalına
Baxdım məktəb yoluna
Üç qəhrəman birgə gəlir
Şirin baba , Elsa, Batman
Xəyallarım göylərə uçdu
Ağlım şəkərlərdə qaldı
Gəlin birgə bizə gedək
Nağılları dinləyək

Bir Cırtdan var idi. O, balıq tutmağı çox sevirdi. Bir gün Cırtdan balıq tutmağa gedir. Nə qədər gözləyir, tilovuna balıq düşmür. Yuxusu gəldiyindən elə qayıqdaca yatır. Nə qədər yatır, bilmir, amma mən bilirəm, çünki olanları yazıram deyə, hər şeydən xəbərim var. Cırtdan düz üç gün, üç gecə yatır. Bir də tilov tərpənəndə ayılır. Tilov da elə tərpənir, elə tərpənir, az qalır qayıq çevrilsin

Cırtdan qayığın bir küncündən o biri küncünə yuvarlanır. Başını qaldırır görsün tilova nə düşüb ki, bu boyda qayığı çevirmək istəyir?! Görür nəhəng bir balıqdır, özünü ora-bura çırpıb tilovdan qurtulmaq istəyir. Balıq Cırtdanı görən kimi sakitləşir. İnsan kimi dil açıb deyir:

- Ey Cırtdan, mən səni tanıyıram!
Cırtdan təəccüblə soruşur:
- Hardan bilirsən insan dilini, məni hardan tanıyırsan?
- Bütün sehr bilənlər səni tanıyır! Sən o Cırtdansan ki, yoldaşlarının canını qorxulu divin əlindən qurtarmısan. Şahzadəni ölümdən xilas eləmisən, sehrli ilanı öldürmüsən, Ayı tilsimdən qurtarıb, qaranlığı işıqlandırmısan. Əlqərəz, nə arzu etsən yerinə yetirməyə hazıram, bircə məni bu tilovdan qurtar, qarmaq boğazıma necə keçibsə az qalıram boğulum
Körpə balalarım yolumu gözləyir! Əvəzində nə arzun varsa de, yerinə yetirim!
Cırtdan bunu eşitcək tez əyildi qarmağı üsulluca çəkib balığın boynundan çıxartdı. Nəhəng balıq rahat nəfəs alıb dedi:
- Sağ ol, Cırtdan, canımı qurtardın. İndi məndən nə istəyirsən, istə!
- Get balalarının yanına, sən balıq, mən insan, sən mənə necə yaxşılıq edə bilərsən?! Təkcə çayda boğulsam çıxara bilərsən, o da ki olmayacaq, çünki üzə bilirəm!
- Elə demə oğlan! Mən sənə elə məsləhət verərəm ki, bir saatda bu ölkənin şahı olarsan!
Cırtdan elə güldü, elə güldü, ağacdakı quşlar səksənib uçdular. Gülüb qurtarandan sonra dedi:
- Məndən də şah olar?
- Niyə olmur?
- Bapbalacayam!
- Şah olmaq üçün əsas boyun uca olmağı yox, ağlın və rəhmin çox olması vacibdir.
- Axı şahımız var. Şah ola-ola deyim ki, padşah olmaq istəyirəm?! Deməzlər “Cırtdan dəli olub?".
- Deyərlər! Amma sənin məmləkətində şah var. Burda isə, bu məmləkətdə şah ölüb, nə vaxtdır ki, şah qoymağa birisini axtarırlar?
- Full access to our public library
- Save favorite books
- Interact with authors

- < BEGINNING
- END >
-
DOWNLOAD
-
LIKE
-
COMMENT()
-
SHARE
-
SAVE
-
BUY THIS BOOK
(from $2.99+) -
BUY THIS BOOK
(from $2.99+) - DOWNLOAD
- LIKE
- COMMENT ()
- SHARE
- SAVE
- Report
-
BUY
-
LIKE
-
COMMENT()
-
SHARE
- Excessive Violence
- Harassment
- Offensive Pictures
- Spelling & Grammar Errors
- Unfinished
- Other Problem

COMMENTS
Click 'X' to report any negative comments. Thanks!