
Azərbaycanın milli geyimləri

Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır. Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır. Azərbaycanda ipəkçilik, pambıq istehsalı kimi sahələr inkişaf etdikcə, milli geyimin hazırlanmasında xüsusi rol oynayan parça istehsalı daha artdı və bunun nəticəsində milli geyimlərdə dirçəlmə dövrü müşayət olunurdu. Milli geyim dəstinin hazırlanmasında xüsusi rol oynayan, dekorativ tətbiqi sənətin başqa örnəklərində olduğu kimi, parçalarda Uzaq Şərq mədəniyyətinə xas olan bir çox bəzək nümunələri öz əksini tapırdı.
Milli geyimin formalaşması və inkişafında Azərbaycanın müxtəlif bölgələrində xüsusi rol oynamışdır. Azərbaycanın müxtəlif regionlarında milli geyim dəsti ümumi forma və biçim tərzini qoruyub saxlasa da bəzi geyim nümunələrində cüzi fərqlər nəzərə çarpırdı. Ümumilikdə geyimlər kişi, qadın və uşaq geyimlərinə ayrılırdı. Bu geyimlər hamısı bir-biri ilə olduqca böyük oxşarlıq təşkil edirdi. Uşaq geyimləri öz formasına görə böyüklərlə eyni idi. Lakin onlar bəzi xüsusiyyətləri və ölçülərinə görə fərqlənirdilər. Bütünlükdə oxşarlıq təşkil edən Azərbaycan milli geyimləri özlüyündə iki hissəyə ayrılırdı: Alt və üst geyimlərinə. Üst geyim çiyinüstü və bel geyimlərindən təşkil olunmuşdur. Çiyinüstü öz növbəsində üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, küləcə, kürdü, eşmək və baharıdan ibarət idi. Qadın bel geyimi isə bir neçə tuman və çaxçurla tamamlanırdı.








- Full access to our public library
- Save favorite books
- Interact with authors

- < BEGINNING
- END >
-
DOWNLOAD
-
LIKE
-
COMMENT()
-
SHARE
-
SAVE
-
BUY THIS BOOK
(from $2.99+) -
BUY THIS BOOK
(from $2.99+) - DOWNLOAD
- LIKE
- COMMENT ()
- SHARE
- SAVE
- Report
-
BUY
-
LIKE
-
COMMENT()
-
SHARE
- Excessive Violence
- Harassment
- Offensive Pictures
- Spelling & Grammar Errors
- Unfinished
- Other Problem

COMMENTS
Click 'X' to report any negative comments. Thanks!