Yazarlar: Badirnisa Quliyeva
Melahat Karateke
Raksana Zamanova
Dilshad Sheykzade
Tanya Mammadova
Emine Fatma Bayrak
Elmira Babayeva
Pelin Yazıcı
Günel Almuradova



Həsəngilin qonşuluğunda mehriban,mülayim,qayğıkeş bir qoca qadın yaşayırdı.Həsən onu çox sevirdi.Neçə gün idi ki,Həsən onu görmürdü.Bu onu çox narahat etdi.Bunu anasına bildirdi.Onlar birlikd Zəhra nənənin yanınına gldilr. yaşayırdı.






O,bərk xəstələnmişdi.Ona qayğıgüstərmək lazım idi.Anası həkim çagırdı,şorba bişirib nənəyə yedirtdi.Zəhra nənə bu qayğı və sevgidən çox sevindi.

Məhəllədə Həsənin Səməd adlı bir dostu vardı.O,xüsusi bir oğlan idi.O başqalarından fərqli idi,amma çox yaxşı bir oğlan idi.Zəhra nənəni Səməd də tanıyırdı,sevirdi.Həsəndənonun xəstə olduğunu eşitdikdə çox məyus oldu.Düşündü ki,Zəhra nənə üçün o da nəsə etsin.Həsənlə baş-başa verib düşündülər.Güc birlikdədir deyib məhəllədəki bütün yoldaşlarınıçağırdılar və birlikdə bir şeylər etməyə qərar verdilər.



Onlar belə qərara gəldilərki,hər gün Zəhra nənəyə yardım etməyə getsinlər.Səhər tezdən uşaqlar yığışıb Zəhra nənənin evinə getdilər. Qapını döydülər,Zəhra nənə qapını açdı.Onları görəndə çox sevindi. Uşaqlar evi təmizləməkdə ona kömək etdilər.Onlar bir neçə gün Zəhra nənəgilə gəldilər və ona yardım etdilər.Uşaqların qayğısı nənənin səhhətinə çox yaxşı təsir etmişdi.Nənə tezliklə özünü yaxşı hiss etdi.
Səhəri gün Həsənlə Səməd dostları ilə sözləşib evin yaxınlığındakı parkda görüşməyi qərara aldılar.Uşaqlar gəlib parkın mərkəzində yerləşən fəvvarələrin yanındakı boş skamyada əyləşdilər.Onlar keçən günün hadisələrini yada salıb bu barədə söhbət etdikdə,
Həsənlə eyni sinifdə oxuyan Əli bildirdi ki,onların da məhəlləsində yaşlı insanlar var.Uşaqlar qərara aldılar ki,Əligilin də məhəlləsinə baş çəkib köməyə ehtiyacı olan yaşlıların qayğısına qalsınlar.Elə bu zaman bərk qışqırtı səsi onları şirin söhbətdən ayırdı.Səs gələn tərəfə boyla-nıb gördülər ki,bir uşaq yerə yıxılıb və deyəsən bərk əzilib.Qaçıb ora yaxınlaşanda bildilər ki,uşaq ağacdan yıxılıb.Toplaşan adamlardan kimi su verir,kimi uşağın üst-başını təmizləyir,kimi də ürək-dirək verirdi.Bu zaman bir qədər kənardan müşahidə edən Səməd daha bir canlının xəsarət aldığını gördü.Lakin bu canlının dili-ağzı olmadığına görə onun fəryadını heç kim eşitmirdi...







Bu,cavan bir ağac idi.Onun budaqlarının bəziləri sınıb yerə düşmüş,bəzi-ləri də gövdəsindənqırılmışdı.Səməd tez ağaca yaxınlaşdı.Əlini onun
gövdəsinə sürtdü.Sakitcə pıçıldadı:"Ağlama,mən sənə kömək edərəm"
Elə bu vaxt uşaqlar Səmədi çağırdılar.Səməd uşaqlarasınmış ağacı göstərdi.Dostlar hər şeyi başa düşdülər.Ağaca təcili kömək lazım idi. Qaçıb evdən lazımı əşyaları gətirdilər.Ağacın sınmış budaqlarını sarıyıb bərkitdilər.Ona su verdilər.Bu zaman ağacı sındıran uşaq yaxınlaşıb üzr istədi.O öz səhvini başa düşmüşdü.Səməd ona dedi:
-Biz ağacları qorumalıyıq.Ağaclar,meşələr planetimizin ağ ciyəridir. Hər birimiz bir ağac əksək,yaşıllığı qorumuş oluruq.
Uşaqlar ağaca baxdıqları zaman yaxınlıqda bir səs eşitdilər,səsə tərəf döndülər.Ağacların arasında bir pışık miyoldayırdı,çünki canı ağrayırdı.






Məlumdur ki,kömək gözləyirdi.Bir az yaxınlaşdıqda ayağının yaralandığını gördülər.Səməd bir şey etməliyik dedi və Həsənə tərəf dönərək pişiyin yanında gözləyərəm.Sən evə gedib sarğı bezi və bir az süd gətir.
Müəllimlərinin dediyi sözlər uşaqların yadına düşdü:
-Ətrafdakı canlılara yaxşı münasibət bəsləmək lazımdır.
Bir gün Həsən dostları ilə oynadığı zaman sarı saçlı,mavi gözlü,lakin çox qəmgin olan bir oğlan gördü.Bu balaca oğlan gah skamyada oturur,gah da səmaya baxaraq dərin fikrə getmişdi.Həsən kənardan balaca oğlanın hərəkətlərinə baxıb asta-asta ona yaxınlaşdı.Adını və niyə qəmgin olduğunu soruşdu.Balaca oğlanın adı Murad idi.Murad özünü təqdim etdikdən sonra qəmgin olduğunun səbəbini atasının ona sevgi,qayğı göstərməməsi ilə bağlı olduğunu dedi.Atasının heç onu qucaqlamadığını,məktəbdən çıxdıqdan sonra digər uşaqlar kimi öpüb-oxşamadığını bildirdi.Əvəzində"qaçma,yıxılarsan" deməyi
Muradı çox üzürdü.Murad sadəcə atasından onunla bir yerdə vaxt keçirməsini,digər uşaqlar kimi onunla söhbət etmək istədiyini bildirdi.Həsən isə Murada bu dediklərini bir dəfə də atasına deməyini xahiş etdi və əmin etdi ki,hər şey istədiyi kimi olacaq.Aradan 1 həftə keçdi.Həsən yolda Murad və atasınınnecə birlikdə əyləndiyini gürdü və gülümsədi.Murad Həsənə yaxınlaşaraq təşəkkür etdi.Həsən yeni dostu Muradın sonunda atasından gözlədiyi sevgiyə nail olmasından çox sevindi.Onlar möhkəm qucaqlaşdılar və Həsən Muradın qulağına
-Üzün həmişə gülsün dostum.Sən də onlara hörmət etməyə,yardımçı
olmağı heç vaxt unutma.Anan,atana,böyüklərə qayğı göstər,hörmət et- deyə fısıldadı.Muradla vidalaşdıqdan sonra Murad evlərinə tərəf getməyə başladı.Məhəllənin tinindəki tort dükanının yanından
keçərkən burnuna kruvasan qoxusu gəldi.Anası çox sevərdi.O,sür-priz edərək anasını sevindirmək üçün bir neçə dınə almaq istədi.Evə gəldikdə anasının bu kiçik,amma gözəl sürprizdən sevincdən üzündə gülləraçdığını gördü.Anası:
-Əziz oğlum,Həsən.Sən ədəbli,düşüncəli,qayğıkeş bir uşaqsan.Məni düşündüyün üçün təşəkkür edirəm-dedi.Ana-oğul bir-birilərinə baxıb gülümsədilər.Həsən:-"Ana sən mənim üçün çox dəyərlisən.Səni xoş-
bəxt görmək mənim üçün əvəzolunmazdır."
Axşam yeməyi vaxtı gəldi.Həsən artıq ev tapşırıqlarını bitirmiş,ana-sına kömək etmək üçün mətbəxə getmişdi.Həsən mətbəxdə anasın-dan soruşdu:
-Ana,mən sənə hansı işlərdə kömək edim?
Anası ona:-Oğlum,iftara az qalıb sən kiçik qardaşına dərslərində yardım et mənə yetər.Atan işdən gələcəkmən hələ masanı hazırlamamışam. Həsən kiçik qardaşına yardım etdi.Daha sonra masanı hazırladı.Ana otağa keçəndə,gürdü ki,artıq masa hazırdır.Ailədə hamı bir olsa hər bir işi vaxtında çatdırmaq olar.
Ailədə qayğı və hörmət olsa,övladlar da diqqətcil,hörmət edən,qayğı göstərən olar.
Axşam Həsən yatağına erkən girdi.Amma heç yuxusu yox idi.Elə hey günün təəssüratlarını fikrində canlandırırdı.Şam yeməyində anasının dedikləri haqqında da xeyli düşündü.Həsən qayğı və hörmətin təkcə insanlara deyil,bütün canlılara aid olduğunu anladı.O başa düşdü ki, yaşadığımız dünyada hər şey bir-biri ilə əlaqəlidir.Ona görə də hamı-ya qayğı və hörmətlə yanaşmaq lazımdır.
Həsən nə vaxt yuxuya getdiyini heç özü də bilmədi.Yuxuda isə dostları ilə gözəl bir çəmənlikdə idi.Yaralı ağac sağalmışdı.Zəhra nənə onun






yaşıl budaqları altında dincəlirdi.Onun qucağında parkdan tapdıqları pişik vardı.Zəhra nənə onu sığalladıqca pişik xumarlanırdı.Bu gözəl mənzərə hər kəsdə xoş əhvali-ruhiyyə yaradırdı.Bax,bu əsl xoşbəxtlikdir.











- < BEGINNING
- END >
-
DOWNLOAD
-
LIKE(2)
-
COMMENT()
-
SHARE
-
BUY THIS BOOK
(from $2.99+) -
BUY THIS BOOK
(from $2.99+) - DOWNLOAD
- LIKE (2)
- COMMENT ()
- SHARE
- Report
-
BUY
-
LIKE(2)
-
COMMENT()
-
SHARE
- Excessive Violence
- Harassment
- Offensive Pictures
- Spelling & Grammar Errors
- Unfinished
- Other Problem

COMMENTS
Click 'X' to report any negative comments. Thanks!