Baharda keçi ilə çəpiş otlaqda otlayırdı. Onlar hər yerə ikisi birlikdə gedir, qoca keçi çalışırdı ki, çəpiş üçün elə yerlər axtarıb tapsın ki, orada zərif, dadlı tər otlar olsun. Onlar otlaqdakı bütün otları qırpıb yeyəndən sonra qoca keçi çəpişə dedi:
– Sən dayan burada, mən gedib yaxşı bir otlaq yeri tapım. Bu zınqırovu da sənə verirəm, başına bir qəza gəlsə o saat onu çal. Keçi bu sözləri deyib üstü naxışlı girdə mis zınqırovu çəpişin boynundan asdı, özü də onunla salamatlaşıb getdi.
O, elə təzəcə getmişdi, – zınqırovun səsini eşitdi. Keçi qorxdu ki, yəqin qurdlar çəpişin üstünə düşüb, tez qaçıb gəldi, gördü ki, qurd-zad yoxdur.
– Sənə nə olub? – deyə keçi nəfəsi yana-yana soruşdu. – Sən nə üçün məni köməyə çağırırdın?
COMMENTS
Click 'X' to report any negative comments. Thanks!